Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənova müvafiq yardım edəcək.
“İki sahil” xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq, nazirlikdən bildiriblər.
"2023-cü il martın 9-da xalq artisti Ənvər Həsənovun səhhətində yaranmış problemlərlə əlaqədar mediada getmiş məlumatlarla bağlı bildiririk ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə rəsmi müraciət olunmasa da, məlumat mətbuatda yayımlandıqdan dərhal sonra Ənvər Həsənovun ailə üzvləri ilə əlaqə saxlanılmış və onların istəkləri dinlənilmişdir. Bildiririk ki, sözügedən məsələ ilə bağlı Ənvər Həsənova müvafiq istiqamətdə mümkün dəstək və köməklik göstəriləcək", - məlumatda vurğulanıb.
Xatırladaq ki, ötən ilin avqustunda səhhətində problem yaranan Xalq artisti xəstəxanaya yerləşdirilmiş, daha sonra öz istəyi ilə evə buraxılmışdı.
O, hazırda evdə müalicə alır.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu