Aprelin 8-də “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın tətbiqinə başlanılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "İki sahil"ə bildirilib ki, hazırda 98 daşıyıcı şirkətin təqdim etdiyi sənədlər buraxılış qaydalarının şərtlərinə uyğundur. Sənədlər buraxılış qaydalarının şərtlərinə uyğun olan daşıyıcılara “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi” AYNA-nın əməkdaşları tərəfindən “Bakı KOB evi”ndə təqdim olunur.