Azərbaycanın “İstisu” mineral suyu yaxın zamanlarda Belarus bazarında satışa çıxarılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan–Belarus biznes forumunda məlumat verib.
O vurğulayıb ki, “İstisu” mineral suyunun Belarusa ixracı ilə bağlı müqavilə imzalanıb: “Məhsul laboratoriya sınaqları üçün göndərilib və biz tezliklə müntəzəm ixracın başlanacağına ümid edirik".
Y. Abdullayev qeyd edib ki, “İstisu”nun xarici bazara çıxışı xüsusi əhəmiyyət daşıyır: “Bu, bizim üçün sadəcə bir ticarət layihəsi deyil, azad olunmuş ərazilərin dirçəlişinin rəmzidir”.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub