13 mart 2023 16:50
258

Eşitmə aparatlarının idxalı kəskin artıb

2022-ci ildə Azərbaycana 1 mln. 456 min dollar dəyərində, 14 min 532 ədəd eşitmə aparatları gətirilib.

“İki sahil”  Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu göstəricinin həcmi 2021-ci illə müqayisədə 70.3% və ya 6000 ədəd çoxdur. 2021-ci ildə 1 mln. 543 min dollar dəyərində, 8 min 529 ədəd eşitmə aparatı idxal olunub.

Qeyd edək ki, ötən il Azərbaycana gətirilən eşitmə aparatlarının bir ədədinin orta idxal qiyməti 44.8% və ya 80.7 dollar azalaraq 100.3 dollara bərabər olub.

Xatırladaq ki, 2022-ci ildə ən çox eşitmə aparatı Çindən gətirilib. Belə ki, hesabat dövründə Çindən 353.3 min dollar dəyərində, 10 min 413 ədəd eşitmə aparatları idxal olunub.