16 mart 2023 14:05
265

Azərbaycanın dahi şəxsiyyətlərinin “Qızıl fond”u yaradıla bilər

Azərbaycanın dahi şəxsiyyətləri, görkəmli alimləri, mütəfəkkirlərinə həsr olunan “Qızıl fond”un yaradılması və Fondda seçilmiş video və audio resursların, kitab, məqalə, məruzələrin toplanılması, əməkdaşların elektron məlumat-biblioqrafiya bazasının yaradılması və elmi nailiyyətlərinin, nəşrlərinin toplanılması təklif edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri Fariz İmranov bildirib.

Onun sözlərinə görə, təkliflər sırasında həmçinin, Elektron Elmi Məlumat Bazasının yaradılması və institutların fəaliyyətinin elmmetrik dəyərləndirmə məlumatlarının toplanılması, “İnstitut və KİV” bazasının yaradılması, KİV-də, sosial şəbəkələrdə institut və əməkdaşlarının fəaliyyətini işıqlandıran materialların toplanılması, “Lüğətlər” bazasının yaradılması və digər zəruri məsələlər öz əksini tapıb.