"Baharın başlanğıcı bu çətin vaxtlarda daha çox ehtiyac duyduğumuz yeni ümidlər gətirir".
“İki sahil” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Novruz bayramı ilə bağlı "Twitter" hesabındakı paylaşımında qeyd olunub. "Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq də daxil olmaqla Novruz bayramını qeyd edən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Baharın başlanğıcı bu çətin vaxtlarda daha çox ehtiyac duyduğumuz yeni ümidlər gətirir. Bayramı qeyd edənlərə xoşbəxtlik, firavanlıq və ən əsası, sülh arzulayıram", - deyə Şarl Mişel qeyd edib.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu