22 mart 2023 11:08
330

Zelenski Aİ-nin sammitində çıxış edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqına üzv ölkələrin liderlərinin sammitində çıxış edəcək.

“İki sahil” xəbər verir ki, sammitlə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üzv ölkələrin dövlət və hökumət başçılarına dəvət məktubu yollayıb.

Qeyd edək ki, görüş martın 23-24-də Brüsseldə keçiriləcək.