24 mart 2023 23:35
349

Rusiya da “ağıllı” bombaların istifadəsinə başladı

Rusiya bu gecə Sum vilayətinə zərbələr endirmək üçün ABŞ-ın JDAM-ER bombalarının analoqları olan bombalardan istifadə edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Defense Express" məlumat yayıb.

Bildirilib ki, ruslar ilk dəfə bu bombadan martın 12-də Donetsk istiqamətində istifadə etmişdilər. Həmin vaxt Rusiya aviasiyası JDAM-ER-lərin analoqu olan 11 bomba atmışdı.

Nəşrin məlumatına görə, Rusiya bu tip bombaların kütləvi istehsalına başlamaq niyyətindədir.