Heydər Əliyev adına Neft Emalı Zavodunda SOCAR əməkdaşlarının etiraz aksiyası keçirməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.
“Neft Emalı Zavodunda (NEZ) SOCAR əməkdaşlarının etiraz aksiyası keçirməsi ilə bağlı yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildiririk. Keçirilən aksiyanın SOCAR ilə əlaqəsi yoxdur, aksiyada iştirak edən əməkdaşlar isə NEZ-in müvafiq layihəsinə subpodratçı qismində cəlb olunan şirkətin əməkdaşlarıdır”, - SOCAR-dan bildirilib.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Bakı Neft Emalı Zavodunda fəhlələrin etiraz aksiyası keçirməsi ilə bağlı məlumatlar yayılıb. Səbəb kimi türkiyəli subpodratçı tərəfindən maaşların gecikdirilməsi göstərilib.
SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb - FOTO
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb