01 aprel 2023 00:11
399

Yaponiyada məzunlar necə geyinirlər? - FOTOLAR

Yaponlar ağlımızın anlaya bilməyəcəyi heyrətamiz xalqdır. Onların hədsiz ciddiliyi və təmkinliliyi şıltaqlıq və şirinliklə, ehtiraslı sevgi ilə harmonik şəkildə birləşir. Güman ki, Yaponiya hökumətinin təhsilə münasibəti hər kəsə məlumdur.

Çünki orada tələbələr və məktəblilər əhalinin ən məşğul hissəsidir. Uşaqlar çox gənc yaşlarından çoxsaylı sərt qaydalar və sonsuz imtahanlar altında yaşayırlar. Amma Kyotodakı universitetlərdən biri tələbələrinə bir az dincəlmək imkanı verir. Orada bir ənənə var - buraxılış mərasimində diplom alacaq bütün tələbələr istədikləri kimi geyinə bilərlər. Nəticədə bu ciddi və rəsmi tədbir əsl geyim festivalına çevrilir.

Nubar Süleymanova, “İki sahil”