01 aprel 2023 10:15
283

Millimizin rəqibləri bilindi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Çinin Çendu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasında rəqibləri bəlli olub.

“İki sahil” xəbər verir ki, yığma C qrupunda mübarizə aparacaq.

Komanda meydan sahibləri ilə yanaşı, Yaponiya, Ukrayna və Meksika seçmələri ilə üz-üzə gələcək.

Qeyd edək ki, Universiada 28 iyul - 8 avqustda təşkil olunacaq.