Rusiya Elmlər Akademiyasının “Biotexnologiyanın fundamental əsasları” tədqiqat mərkəzinin Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, “Mikrobiologiya” jurnalının baş redaktoru Nikolay Pimenov Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda olub.
“İki sahil” xəbər verir ki, bu barədə institut məlumat yayıb.
Görüşdə Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov qonağa rəhbərlik etdiyi elm müəssisəsinin fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə məlumat verib.
N.Pimenov institutun laboratoriyalarında aparılan elmi-tədqiqatlarla yaxından tanış olub.
Sonra müzakirələr aparılıb, əməkdaşlıq haqqında müqavilə bağlanmasına dair ilkin razılıq əldə edilib.
Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür
“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək