Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.
“İki sahil” xəbər verir ki, sənətçi uşaqlıq xatirələrini bölüşüb. O bildirib ki, uşaqlıqda bütün günü zooparkda keçib: "Zooparkda doğulub böyümüşəm. 6 yaşıma qədər nə insanlarla ünsiyyətim, nə dostum, nə də bağçam olub. Zooparkımız 2 həftədən bir şəhərdən şəhərə köçdüyündən vaqonlarda yaşayırdıq, tək dostlarım heyvanlar idi. Ona görə də məni heç kim başa düşmür, mən də canlı məxluqların kağıza necə dəyişdirilə biləcəyini anlamıram".
Qeyd edək ki, daha əvvəl müsahibələrinin birində populyarlıqdan əvvəlki həyatından danışan Nəvai gündüzlər traktor sürücüsü, gecələr isə taksi sürücüsü işlədiyini demişdi.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu