Yazar Coan Ketlin Roulinqin məşhur "Harri Potter" kitabı serial olaraq yenidən çəkiləcək.
“İki sahil” xəbər verir ki, layihə film studiyası "Warner Bros" tərəfindən ekranlaşdırılacaq.
Hər mövsüm üçün kitabın 1 cildinin lentə alınacağı bildirilib. Eyni zamanda, Roulinq də serialın çəkilişlərində iştirak edəcək.
Qeyd edək ki, sözügedən əsər əsasında daha əvvəl 7 bölümlük (redf. - sonuncu 2 hissədən ibarətdir) film seriyası çəkilib. Ekran işində əsas rolları Deniel Redkliff, Emma Uotson və Rupert Qrint ifa edib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub