Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ölkəmizi “Avroviziya-2023”də “Tell me more” mahnısı ilə təmsil edəcək Tural və Turan Bağmanov qardaşları ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə məlumatı 23 yaşlı əkiz qardaşlar öz "instaqram" hesablarında paylaşıblar.
Səfir Zaqatalaya səfər edərək Tural və Turanla görüşüb, həmçinin onlarla əfsanəvi “The Beatles” qrupunun “Hey Jude” mahnısını oxuyub.
Xatırladaq ki, bu il Ukrayna adından Böyük Britaniyada keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub