6 Aprel – İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən “Sağlam həyat” günləri təşkil edilib.
“İki sahil” xəbər verir ki, Bakı Qış Parkında və Bakı Böyükşor Bulvarında keçirilən tədbirdə "Azərsu" ASC-nin struktur bölmələrinin 30 əməkdaşı iştirak edib. Müxtəlif idman növləri üzrə keçirilən yarışlarda əməkdaşlar güclərini nümayiş etdiriblər. Qaçış, yerindən uzunluğa tullanma, hündür turnikdə dartınma, 16 kq-lıq çəki daşlarını birdən qaldırma, paralel qollarda dayaq vəziyyətində qolların bükülüb açılması, 3 kq-lıq tibbi topu atmaq və digər idman yarışlarında "Azərsu" ASC-nin əməkdaşları yüksək nəticələr əldə ediblər. Yarışlarda təyin olunmuş normativləri yerinə yetirən "Azərsu" ASC əməkdaşlarına müvafiq sertifikatlar təqdim olunub.