Azərbaycan mədəniyyətinə ağır itki baş verib.
“İki sahil” xəbər verir ki, Mədəniyyət Nazirliyindən bildirilib ki, Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tofiq qızı Tağızadə bu gün səhər vəfat edib.
“Mədəniyyət Nazirliyi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, - deyə açıqlamada qeyd edilib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub