Bağırsaq xərçəngindən əziyyət çəkən klarnet ifaçısı Hüsnü Şenlendirici səhhətinin yaxşı olduğunu açıqlayıb.
“İki sahil” xəbər verir ki, bunla bağlı musiqiçi sosial şəbəkədə paylaşım edib. O bildirib ki, səhhətində ciddi problem yoxdur. Xəstəxanada olmasına səbəb isə müayinələrin uzun çəkməsidir.
Hüsnü "Əziz dostlarım, sevənlərimi, müayinələrdən sonra həkimlərim əməliyyat olunmağımı məsləhət gördülər. Səhhətim yaxşıdır. Həkim nəzarətində olmalıyam, ona görə də bir neçə gün xəstəxanada qalacağam.Tezliklə sevənlərimin qarşısına çıxacağam" sözlərini əlavə edib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub