12 aprel 2023 01:34
2247

Yer kürəsinin ən dərin dənizləri hansılardır?

Bu yazıda Yer kürəsinin ən dərin 5 dənizi haqqında topladığımız məlumatları təqdim edirik.

Veddell dənizi

Bu dəniz Qərbi Antarktida sahillərinin yaxınlığında yerləşir.

Sahəsi 2,920,000 km² ,orta dərinliyi 3,000 m ,ən dərin yeri 6820 m (şimal hissədə) təşkil edir. Qışda cənub hissədə suyun temperaturu −1,8 s qədər olur. Cənub sahillərində şelf buzlaqları Ronn və Filxnera yerləşir. 20–25 ildən bir sahillərindən nəhəng aysberqlər ayrılır. Dənizdə ilin böyük qisminin buzla örtülü olması ilə əlaqədar qalınlığı 2 metrə çatan buz parçaları hərəkət edir. Sularında kit və suitiləri (Veddell suitisi) ilə zəngindir. Gəmiçilik üçün heç də əlverişli deyil. Dəniz 1823-cü ildə ingilis ekspedisiya rəhbəri Ceyms Veddell tərəfindən kəşf edilir. O, dənizi IV Qeorq adlandırılsa da , 1900-cü ildən dənizi onu kəşf edənin şərəfinə Veddell adlandırırlar. "Qütb ulduzu" gəmisində dənizi araşdıran  alman ekspedisiya Veddelin  şəffaflığının 79 m olmasını müəyyən etmişdir. Hal-hazırda dənizin 80 metrliyinə atılan disk asanlıqla görünür.

Banda dənizi

Banda adlanan dəniz Sakit Okeanın qərbində, Malay arxipelaqının (İndoneziya) adaları bölgəsində yerləşir və dəniz ekoregionu kimi tanınır. Bu ərazi özünün mənzərəli mərcan rifləri, həmçinin  rəngarəng  təbiəti, yəni  gözəl meşələri və bir çox endemik bitki və heyvanları ilə məşhurdur.

Banda dənizinin ən dayaz  yeri 7200-7400 metrdir.  Burada  Veber çökəkliyi yerləşir. Bu, planetimizin ən dərin  hövzəsi hesab olunur.

Bu yerdə üç tektonik plitənin (Avrasiya, Sakit okean və Hind-Avstraliya) birləşməsi səbəbindən Banda dənizində zəlzələlər çox tez-tez baş verir.

Karib dənizi

Conni Deppin çəkildiyi filmdən sonra daha da çox məşhurlaşan Karib  dənizi nəinki  turistlərin, həmçinin daim axtarışda olan xəzinə ovçularının sevimli məkanlarından biridir.  Digər dənizlərlə müqayisədə kiçik əraziyə malik olmasına baxmayaraq, Karib dənizinin maraqlı geoloji tarixi var. Bu yer kurort zonası olmaqla yanaşı , həm də Yer kürəsinin ən dərin su anbarlarından biridir.

Milyonlarla il əvvəl yer qabığında baş verən proseslər nəticəsində burada sualtı  Kayman xəndəyi əmələ gəlib. Karib dənizi səthinin sahəsi 2 754 000 m², ən dərin nöqtəsi 7,686 metrdir.Ümumiyyətlə, bu su anbarının dibi tamamilə çökəkliklər və tıxaclarla doludur.

Mərcan dənizi

Planetimizin digər ən dərin dənizlərindən biri  Sakit okeanda yerləşən Mərcandır. Avstraliya, Yeni Qvineya və Yeni Kaledoniya arasında yerləşən bu dəniz, təxmin etdiyiniz kimi, mərcanların çoxluğuna görə bu cür adlandırılmışdır.

Bu dənizin hövzəsi 58 milyon  əvvəl yaranmışdır. Onun dibinin relyefi zədələndiyinə görə, burada baş verən  geoloji proseslər hələ başa çatmamışdır.  Məhz buna görə, bu ərazidə  müntəzəm olaraq zəlzələlər baş verir.  Mərcan dənizinin ən dərin nöqtəsi,  9174 metrdir.

Filippin dənizi

Filippin dənizi ilk növbədə dünyanın ən dərin dənizi kimi tanınır, çünki burada dərinliyi 110022 m olan  məşhur Mariana xəndəyi yerləşir. Su anbarının sahəsi cəmi 5726 min km²-dir.  Bu su anbarının yaxınlığındakı hövzə çox heterojendir və mürəkkəbliyi baxımından alimlər onu okeanın yatağı ilə müqayisə edirlər. Dibində təkcə dəniz dağları və silsilələr deyil, hündürlüyü 3000 metrə çatan sualtı vulkanlar da mövcuddur.

Samirə Tağıyeva, “İki sahil”