14 avqust 2025 15:53
179

Prezidentin qarşısında alnıaçıq olmaq üçün işləmək, sənəti yüksək səviyyəyə qaldırmaq lazımdır - Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilməyindən danışıb. 

“İki sahil” xəbər verir ki, sabah 70 yaşı tamam olacaq aktrisa Modern.az-a açıqlamasında dövlət başçısının imzası ilə təltif olunmaqdan qürur duyduğunu vurğulayıb.

“Var olsun Prezidentimiz! Var olsun xalqımız! Cənab Prezidentimizə mədəniyyətə, incəsənətə olan qayğısına görə təşəkkür edirəm!”, - deyə A.Bəşirqızı qeyd edib. 

Xalq artisti, həmçinin bütün incəsənət xadimlərinə çağırış edib: “Hamıya demək istərdim ki, mədəniyyəti qorumaq və Prezidentin qarşısında alnıaçıq olmaq üçün işləmək, sənəti yüksək səviyyəyə qaldırmaq lazımdır”.