14 mart 2016 16:37
347

Məşhur cütlük terrordan son anda qurtulublar

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni Safiye Soyman və Faik Öztürk cütlüyü Ankaradakı partlayışdan danışıb. Onlar terrorun törədildiyi yerə çox yaxın olduqlarını söyləyiblər:

"Ulusdan çıxdıq, Kızılay istiqamətində gedəcəkdik, bir anda ağlımıza gəldi ki, orada tıxac ola bilər, yolu dəyişdirdik. Saat 20:40 idi. 5 dəqiqə sonra partlayış səsi eşitdik. O yoldan getsəydik, biz də ölmüşdük"

Onlar "Allah ölənlərə rəhmət eləsin, yaralılara isə şəfa versin. Bəsdir artıq terror olmasın", - deyərək terraktı qəti şəkildə qınayıblar.