18 aprel 2023 03:23
597

Dünya liderlərinin maraqlı vərdişləri

Bu araşdırma yazımızın marağınızı cəlb edəcəyinə əminik. Elə isə maraqlı məlumatları təqdim edirik.

Corc Buş

ABŞ-ın sabiq Prezidenti Corc Buşun brokkolini görməyə gözü yoxdur. O, hakimiyyətdə olduğu vaxt bu bitkini Ağ Evdə, o cümlədən Prezidenti daşıyan “Air Force One” aviaşirkətinin təyyarələrində hazırlamağı qadağan etmişdi.

Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putinin qəribə vərdişləri çoxdur. Bu vərdişlərindən biri iş kabinetində içərisində çay olan termosun olmasıdır. O, iş fasilələrində həmin termosdakı çaydan içir.İllər ərzində idman ilə ciddi məşğul olan prezident demək olar ki, yağlı qidalardan çox az istifadə edir. Sağlamığına ciddi fikir verən Vladimir Putin üçün xüsusi düzgün qidalanma rasionu tərtib olunmuşdur.

Fransua Mitterran

Fransanın sabiq Prezidenti Fransua Mitterran, beş il ərzində daxili və xarici siyasət mövzusunda görkəmli astroloq Elizabet Tezislə məsləhətləşirdi. Yeri gəlmişkən, Elizabet Mitterranın ona etibar etdiyi üçün kadr siyasətinin qəbul edilməsində də iştirak etmişdi.

Narendra Modi

Hindistanın keçmiş Baş naziri yaşıdlarından çox seçilirdi. Belə ki, onun əsas hobbisi dəbli geyimlə, digəri isə siyasi liderlər ilə şəkil çəkdirmək idi. Bu şəkillərin əksəriyyətini keçmiş baş nazirin "Twitter" hesabında tapmaq mümkündür.

Aleksandr Lukaşenko

Belarus Prezidenti də özünün qəribəliyi ilə fərqlənir. Lukaşenko doğum tarixini dəyişdirən siyasətçilər sırasındadır. Əslində, Lukaşenko 30 avqust 1954-cü ildə anadan olub, lakin 2010-cu ildə ad gününü kiçik oğlu ilə eyni gündə qeyd etmək üçün doğum gününü avqustun 31-də keçirməyə qərar verdi.

Barak Obama

ABŞ-ın keşmiş Prezidenti Barak Obama isə əksinə, brokkolini sevimli qidası adlandırır, çuğunduru isə görməyə gözü yoxdur. Keçmiş liderin ən sevdiyi yeməkləri isə fastfud mətbəxinə aid olan pizzalar, hamburgerlər və hotdoqlardır.

Kim Çen

Şimali Koreya lideri Kim Çen İn köpəkbalığı üzgəclərindən hazırlanan yeməkləri, o cümlədən “Emmental” pendirini sevir. Bu pendir ölkə başçısı üçün xüsusi olaraq gətirilir.

Con Ki

Yeni Zelandiyanın keçmiş Baş naziri 2015-ci ildə həmvətənlərini çox təəccübləndirdi. Mətbuatda yayılan şəkillərdə siyasətçi kafedə nahar edərkən ofisiant qızların hörüklərindən dartırdı. Siyasətçinin sözlərinə görə, bu sadəcə tanışlar arasında bir oyun imiş. Lakin qeyd edək ki, bu hadisə onun siyasi karyerasında ilk deyildi.

Samirə Tağıyeva, “İki sahil”