18 aprel 2023 23:03
402

Azərbaycan və Norveçin Türkiyədəki səfirləri görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Norveçin Ankaradakı səfiri Erlinq Skyonsberq ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə səfir tviterdə paylaşım edib.

Görüş zamanı Azərbaycan-Norveç münasibətləri, regional və qlobal siyasət məsələləri müzakirə edilib.