19 aprel 2023 16:26
345

ABŞ Ermənistan və Azərbaycana uzunmüddətli sülhün tapılmasında kömək etməyə hazırdır

ABŞ Ermənistan və Azərbaycana uzunmüddətli sülhün tapılmasında kömək etməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi dövlət katibinin köməkçisinin müavini Erika Olsonun İrəvana səfərinin yekununa dair bəyanatında bildirib.

Səfirlik bəyanatında qeyd edib ki, amerikalı diplomat keçirdiyi görüşlərdə ABŞ-ın Ermənistan və Azərbaycana gərginliyin azaldılmasına və uzunmüddətli, hərtərəfli sülhün tapılmasına kömək etməyə hazır olduğunu vurğulayıb.