19 aprel 2023 17:13
361

ABŞ və İsrail nümayəndə heyəti Xudafərin körpüsünü ziyarət edib

ABŞ və İsraildən Azərbaycana gələn nümayəndə heyəti Cəbrayıl rayonunda səfərdə olub.

“İki sahil” xəbər verir ki, qonaqlar Xudafərin körpüsünü ziyarət edib.

Xatırladaq ki, səfər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.

Məqsəd Azərbaycan həqiqətlərini İsrail və ABŞ ictimaiyyətinə çatdırmaqdır.

Nümayəndə heyəti daha sonra Şuşaya səfər edəcək və şəhərdə aparılan abadlıq-quruculuq işləri, tarixi, mədəni abidələrlə tanış olacaqlar.