20 aprel 2023 01:34
563

Göydələnin damında malikanə?

Hindistanın ən cəlbedici şəhərlərindən biri olan Banqalorda yeni dəbdəbəli hündürmərtəbəli bina hündürlük rekordunu qıra bilməsədə ölkə sakinlərinin diqqət mərkəzində oldu. belə ki, şəhər Asiyanın “Silikon Vadisi” və Hindistanın yüksək texnologiyalı sənayesinin mərkəzi olduğu üçün damında eyni dərəcədə dəbdəbəli malikanəsi olan elit göydələnin tikintisi internet istifadəçilərinin marağına səbəb olub.

“Kingfisher Tower-Residences”in hündürlüyü 121 metrdir. 34 mərtəbəli göydələn yerli milyarder Vijay Mallyanın sifarişi ilə “United Breweries Holdings Ltd” (UBHL) və “Prestige Estates Projects Ltd” tərəfindən birlikdə inşa edilib. Binada 72 dəbdəbəli 5 otaqlı rezidensiya var ki, onları yalnız ölkənin ən varlı sakinləri ala bilərlər.

Vijay Vittal Mallya hindistanlı milyarder 2008-2018-ci illərdə “Force İndia Formula 1” komandasının sahibi və komanda rəhbəri, həmçinin uzun illər Hindistanda spirtli içkilər konqlomeratı olan “United Breweries Group”un sədri, fəaliyyətini dayandırmış “Kingfisher Airlines” şirkətinin qurucusu və sahibi olub. O, həm də ona sabit gəlir gətirən və ayaqda saxlayan “United Breweries”in səhmdarıdır. 2016-cı ildə Hindistan hakimiyyəti oliqarxı fırıldaqçılıqda ittiham etsə və ona xaricə getməyi qadağan etsə də, lakin o, yenə də Böyük Britaniyaya uça bildi.

Bu göydələndə ən “sadə” mənzil 4 milyon dollara satılıb. Bu qədər populyarlığa və dəbdəbəli mənzillərin xeyli bahalığına baxmayaraq, oliqarx öz ehtiyacları üçün kral interyeri olan 10-a qədər nəhəng mənzili ayıraraq satmadı. Ancaq həmişə olduğu kimi, insan artıq istəklərini idarə edə bilməyəndə və heç bir şəkildə dayana bilməyəndə ona heç nə kifayət etmir. Mallya metropolun mərkəzində tam məxfilikdən zövq almaq üçün “Kingfisher Tower-Residences”in damında dəbdəbəli malikanənin tikintisini əmr etdi.

“Kingfisher Tower-Residences”in göydələninin damında xüsusi iqamətgahın yaradılmasına təxminən 20 milyon dollar xərclənib. Bu, heç də təəccüblü deyil, çünki iki mərtəbəli malikanəyə əlavə olaraq, qızdırılan hovuz, şəxsi spa, şərab zirzəmisi, heliport, çiçək yataqları olan bağlar və qazonlar, həmçinin şəxsi 360 ° panoramik mənzərəli müşahidə göyərtəsi təchiz edilib.

Tikinti başa çatdıqda və Mallya böyük bir hündürlükdə tam təklikdən həzz almağı planlaşdırdığı zaman demək olar ki, bütün Banqalor üçün  pis vaxtlar gəldi. Onun külli miqdarda borcu olduğu kreditor banklar, eləcə də vergidən yayındığını elan edən fiskal xidmətlər milyarderin məsuliyyətə cəlb edilməsi üçün vəsatət qaldırmağa başladılar. Səlahiyyətli orqanlar artıq onun həbsinə order verib. Lakin tədbirli oliqarx son anda ədalətdən yayınmağı bacarıb.

Biabırçı milyarder Böyük Britaniyada həbs edilsə də, lakin girov müqabilində sərbəst buraxılıb. Hindistanda isə məhkəmə baş tutmadığı üçün (oliqarx vətənə qayıtmaqdan qəti şəkildə imtina edir) onun dəbdəbəli malikanəsi bərbad vəziyyətə düşüb çünki orada heç kim yaşamır.

Nubar Süleymanova, “İki sahil”