"ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəkləyir".
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin köməkçisinin müavini Erika Olson Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Söhbət zamanı ABŞ Dövlət katibi Antoni Blinkenin rolu xüsusi qeyd olunub.
Görüşdə regional məsələlər, Azərbaycan ilə ABŞ arasında ikitərəfli siyasi əlaqələr, o cümlədən enerji, bərpa olunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər