Böyük qələbə qazanmışıq, xoşbəxt adamam ki, Qarabağın alınmağını mən gördüm.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda Xalq artisti Rasim Balayev deyib:
O bildirib ki, Qarabağ haqqında, qələbəmiz haqqında film çəkmək lazımdır: “Aqil Abbasın əsəri əsasında “Dolu” filmi çəkilib. Amma bizim çoxlu qəhrəmanlarımız var, hamısı haqqında olmasa da heç olmasa bir qismi barədə film çəkmək, onları göstərmək lazımdır”.
Rasim Balayev onu da qeyd edib ki, xaricə çıxmaq vacibdir: “Bunun üçün də ümumbəşəri filmlər də çəkilməlidir. Belə filmlərlə beynəlxalq arenaya çıxa bilərik”.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub