Şəmkir rayonunun Kür qəsəbəsində açıq ərazidə 700 m² sahədə qamışlıq, kol-kos və yaxınlıqda ümumi sahəsi 20 m² olan taxta konstruksiyalardan ibarət külafirəngi yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.