Azərbaycanın müasir tarixi, taleyüklü illəri Onun adı ilə bağlıdır.
O, bütün cəhətlərə görə hər zaman Zirvədə dayanacaq bir şəxsiyyətdir. Onun zəkası, ideyaları daim Azərbaycanın üzərində Günəş kimi parlayacaq, yolumuzu nura qərq edəcək. Xalqımız fəxr edə bilər ki onun Heydər Əliyev kimi böyük şəxsiyyəti var. Böyük şəxsiyyətin yaşamaq devizi belə idi: Taleyin ona bəxş etdiyi fitri qabiliyyətini, bütün qüvvə və bacarığını,əqli və fiziki potensialını ana yurdu Azərbaycana həsr etmək!
Dövlət və ictimai-siyasi fəaliyyətinin bütün Mərhələlərində Heydər Əliyevin təşkilatçı-yenilikçi istedadı və bacarığı parlaq surətdə təzahür etmişdir. Heydər Əliyev Azərbaycan iqtisadiyyatının və mədəniyyətinin bütün sahələrində proqram dəyişikliklərinin mükəmməl sistemini yaratmış və həyata keçirmişdir. Azərbaycan üçün tamamilə yeni olan bir sıra xalq təsərrüfatı sahələrinin yaradılması, irimiqyaslı tikinti və sənayə obyektlərinin istifadəyə verilməsi, fundamental və tətbiqi elmlərin inkişafı sahəsindəki nəhəng sıçrayışlar Heydər Əliyevin adı ilə bağlıdır.
Xüsusən 70-80-ci illərdə böyük quruculuq və inkişaf mərhələsi keçmiş müasir Azərbaycanın bütün uğurları, qazandığı nailiyyətlər gənc yaşlarından xalqına xidmət yolunu tutmuş,həyatının uzun bir dövrünü Azərbaycana rəhbərlik etmiş və bu gün də respublikamızı müstəqqillik yolu ilə irəliyə doğru aparan Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin böyüklüyü ilk növbədə onun milliliyində, mənsub olduğu xalqa, adət-ənənələrə bağlılığında, vətənpərvərliyində idi. O, varlığı, duyğuları və yanğıları ilə sözün əsil mənasında əsil Azərbaycanlı idi. Bu Böyük insan köklərə möhkəm bağlı olduğuna görə güclü,qüdrətli insan idi. Ümumilli lider bütün ömrü və fəaliyyəti boyu xalqını özünə arxa seçmiş və özüdə xalqına dayaq olmuşdur. Dillərdən düşməyən "Xalq-Heydər - Heydər-Xalq" deyimi də məhz bu qırılmaz bağlılığın ən gözəl ifadəsidir.
Əminlikə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın uğurlarını gördükçə çox sevinir. Onun Memarı olduğu Dövlətimiz günü gündən çiçəklənir. 2-ci Qarabağ müharibəsində qazanlan Böyük Zəfər onun qələmindən çıxmış uzaq görənlik siyasətinin nəticəsidir və bu uğurlu nəticənidə Azərbaycan xalqına yaşadan düzgün siyasi varis İlham Əliyevdir. Bu nəsihtlər və düzgün siyasət Azərbaycan Xalqına dahada xoş günlər bəxş edəcək. Nə qədər Azərbaycan, nə qədər bu millət var Heydər Əliyevdə yetişən hər bir azərbaycanlı gəncin qəlbində var olacaq!!
Ruslan Qasımov,
YAP Xətai rayon təşkilatının üzvü, Qərbi Azərbaycan icmasının Gənclər birliyinin sədr müavini,
"Cəmiyyətin və Medianın İnkişafı" İB İdarə heyətinin üzvü, Türkiyədə Atatürkçü düşüncə birliyinin Fəxri üzvü