07 may 2023 23:43
358

Rusiyada avtobus yük maşını ilə toqquşub, 11 nəfər xəsarət alıb

Rusiyanın Voronej şəhərində avtobus yük maşını ilə toqquşub.

“İki sahil” xəbər verir ki, hadisə nəticəsində azı 11 nəfər xəsarət alıb, onlardan 5-nin vəziyyəti ağırdır.

Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsindən verilən məlumata görə, qəza yerli vaxtla saat 19:15 radələrində şəhərin 9 Yanvar küçəsində baş verib.

Semilukski rayon sakini PAZ avtobusunda idarəetməni itirərək yolda dayanmış DAF markalı yük avtomobilinə çırpılıb.

Hadisənin baş vermə səbəbləri və şəraiti müəyyənləşdirilir.