“İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yeddinci iclası Azərbaycan və Litvanın ikitərəfli əlaqələrin genişləndirilməsində aşkar marağını bir daha təsdiq edəcək”.
“İki sahil” xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Gabrielius Landsbergis mayın 8-də Vilnüsdə azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə deyib.
Nazir tərəflərin iki ölkə arasında əməkdaşlığın mövcud səviyyəsini müsbət qiymətləndirdiklərini qeyd edib. Onun sözlərinə görə, xüsusilə, son bir neçə il ərzində Azərbaycan və Litva arasında siyasi dialoq xeyli intensivləşib.
"Biz bu ayın sonunda Prezident İlham Əliyevin Litvaya səfərini səbirsizliklə gözləyirik", - G.Landsbergis deyib.
Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib