İndiyə qədər 69 əfv sərəncamı, 12 Amnistiya aktı imzalanıb.
“İki sahil” xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Prezident İlham Əliyevin Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə bu gün imzaladığı əfv sərəncamının icrası zamanı deyib.
O bildirib ki, bu gün imzalanan sənəd əhatəsinə görə ən geniş əfv sərəncamıdır: “Bu gün çox sevincli gündür. Əfv sərəncamı birbaşa Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasətinin layiqli davamçısı İlham Əliyev də Ulu öndərin 100 illiyi ilə bağlı əfv sərəncamı imzaladı. Ombudsman olaraq sərəncama görə təşəkkürümü bildirirəm".
Səbinə Əliyeva qeyd edib ki, Ombudsmanın vəsatəti ilə indiyə qədər 864 nəfər əfvə düşüb: "Bu sərəncamda isə 59 nəfər məhkum Ombusmanın vəsatəti ilə azadlığa buraxılır".
Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib