08 may 2023 15:50
444

Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri Bakıdan yola salınıb

Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri Bakıdan yola salınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı “Twitter“də yazıb.

Qeyd olunub ki, Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının 5-6-7 may tarixlərində 3 məntəqədə seçki qutularına atdıqları bülletenlər bu gün Türkiyənin Mərkəzi Seçki Komissiyasına (YSK) göndərilib.

“Ölkəmizə, millətimizə, gələcəyimizə xeyirli olmasını arzu edirik”, - diplomat əlavə edib.