Mayın 8-də paytaxtın Nizami rayonunda saat 17:30 radələrində 1950-cı il təvəllüdlü Fərman Feyzulla oğlu Hüseynovun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Hidayət Əliağa oğlu Cəfərov müəyyən olunaraq tutulub.
Cinayət hadisəsi şəxsi münasibətlər zəmində baş verib.
Araşdırma aparılır.