08 may 2023 18:34
331

Xəbərin gələcəyi: Rəqəmsal dövrdə jurnalistikanın gələcəyi ilə bağlı tendensiyalar - FOTO

“MEDİAlab” layihəsi çərçivəsində “Xəbərin gələcəyi: Rəqəmsal dövrdə jurnalistikanın gələcəyi ilə bağlı tendensiyalar” mövzusunda seminar təşkil olunub

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün ADA Universitetində kommunikasiya, marketinq və ictimai əlaqələr üzrə xarici ekspert Tatyana Ravalli tərəfindən “Xəbərin gələcəyi: Rəqəmsal dövrdə jurnalistikanın gələcəyi ilə bağlı tendensiyalar” mövzusunda seminar təşkil olunub.

“İki sahil” xəbər verir ki,  interaktiv formada təşkil edilən seminar müddətində video-jurnalistika və bu sahədə fəaliyyət göstərən platformalar, suni intellekt, podkastlar, sosial medianın məlumat mənbəyi kimi aktuallaşması kimi mövzulara toxunulub.