19 may 2023 02:36
2557

Holi Bayramı - Rənglər Festivalı

Niyə bu festival rənglər və su ilə qeyd edilir?

Holi Festivalı havaya rəngli boya atmaqdan daha çoxunu əhatə edən maraqlı mədəni və dini bayramdır. Holi qədim zamanlardan bəri qeyd edilən hinduların bayramı hesab olunur. Bu festival hindu ənənəsinə əsaslansa da, bu, bütün dünyada mövcud olan bayramdır və bu bayram insanları bir araya gətirir. Holi Festivalı ümumiyyətlə, mart ayının sonlarına təsadüf edən “Phalguna”nın son dolunay günündə qeyd olunur və dəqiq tarixi ildən ilə dəyişə bilər.

Festivaldan əvvəl binalar canlı və parlaq rənglərlə boyadılır, məkan isə çiçəklərlə bəzədilir. Su üçün xüsusi çiləyici qurğular təşkil olunur və boyadılmış tozlar alınır, bu tozlar isə müxtəlif rənglərlə boyadılır. İnsanlar səhər ağ paltarlar geyinir və rənglərlə oynamağa başlayırlar, bir-birlərinə su çiləyirlər. Uşaqlar su silahlarından istifadə edərək ətrafdakıları isladırlar. Bir qrup insan baraban və digər alətlərlə küçələrdə yürüş edir, mahnı oxuyur və rəqs edirlər. İnsanlar, həmçinin ailələri və dostları ilə birlikdə bir-birlərini rəngləmək və Holi ləzzətlərini bölüşmək üçün toplaşırlar.

Deyilənə görə, Holi Festivalı əvvəlcə evli qadınların yeni ailələrinə firavanlıq və xoş niyyət yaymaq üçün bir mərasim idi. O vaxtdan bəri festival daha çox şeyi əhatə edəcək şəkildə inkişaf etdi. İndi bu festivalda əsas diqqət mərkəzində olan xüsusiyyət xeyirin şər üzərində qələbəsinin qeyd edilməsidir. Hinduizmdə şər üzərində qələbə “Hiranyakashipu” hekayəsindən qaynaqlanır. O, ölməz olduğunu iddia edən və tanrı kimi sitayiş olunmasını tələb edən qədim bir padişah idi. Oğlu Prahlad hindu tanrısı Vişnu’ya sitayiş etməyə dərindən bağlı idi və Hiranyakashipu oğlunun ona deyil, Vişnu’ya sitayiş etməsi padişahın qəzəblənməsinə səbəb olmuşdu. Hekayəyə görə, Lord Vişnu yarı şir yarı insan olaraq ortaya çıxır və padişah Hiranyakashipu’nu öldürür və beləliklə, xeyir şərə qalib gəlir.

Holi Festivalı ilə bağlı digər bir hekayə Radha və Krişna’nın hekayəsidir. Hindu tanrısı Vişna’nın səkkizinci təcəssümü olan Krişna bir çoxları tərəfindən ali tanrı kimi görünür. Krişna’nın mavi dəriyə sahib olduğu qeyd olunur. Çünki hekayəyə görə o, körpə olarkən iblisin zəhərli südünü içmişdi. Krişna ilahə Radhaya aşiq olur, lakin onun mavi dərisinə görə onu sevməyəcəyindən qorxur, Radha isə Krişna’nın dərisini boyamağa icazə verir və onlar əsl bir cütlük olur. Holi Festivalında iştirakçılar Krişna və Radha’nın şərəfinə bir-birlərinin dərilərinə rəng tətbiq edirlər.

Festival baharı qarşılamaq üçün bir yol kimi qeyd edilir və eyni zamanda, insanların bütün maneələri dəf edib yeni başlanğıclara yol açmaları kimi görünür. Festivalın ilk günündə, bütün pislikləri simvolik olaraq yandırmaq və yerinə rəngli,  canlı yeni bir gələcək vəd etmək üçün bayram tonqalı yandırılır. Holi Festivalında iştirakçılar havaya toz boya ataraq, bütün iştirakçıları canlı rənglərlə əhatə edir. Dini mənada rənglər simvolizmlə zəngindir və birdən çox mənaya malikdirlər: canlı yeni həyat mənasını verə bilər və hətta bir şəkildə günahı təmsil edə bilər. Qırmızı rəng məhsuldarlığı əks etdirir, mavi Krişna’nın rəngidir, yaşıl yazın başlanğıcını və yeni bir şeyi simvollaşdırır. Bəziləri üçün günün sonunda boyanın yuyulması özünü pisliklərdən və şeytandan arındırmaq kimi, yaxşı yaşamaq üçün yeni öhdəlik deməkdir. Holi Festivalı möhtəşəm keçirilir və yaxşı şəkildə qeyd olunur. Kəşmirdən Kerala və Qucaratdan Assama qədər bütün ölkədə holi müxtəlif yollarla qeyd olunur.

Nəzrin Məmmədzadə,
Azərbaycan Universitetinin tələbəsi