25 may 2023 15:52
893

Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziya üçün yataqxana tikiləcək

"Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyasında yataqxana binasının tikilməsi üçün müvafiq qurumlara müraciət olunub".

“İki sahil” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəetmə sektorunun müdiri Fuad Qarayev "Təhsil masası"nda deyib.

O bildirib ki, növbəti tədris ili üçün işlərin başa çatacağına ümid edirlər: "Lakin hazırda buna əmin olmadığımız üçün Süleyman Rüstəm adına xarici dilər təmayüllü gimnaziyanı yataqxanası olan məktəblər siyahısına salmamışıq. Yataqxanası olan lisey və gimnaziyaların 90 faizinin vəziyyəti kifayət qədər yaxşıdır. Vəziyyəti qənaətbəxş olmayan lisey və gimnaziyalarda isə yay tətili müddətində müvafiq təmir işləri aparılacaq".