26 may 2023 09:43
162

"Gəncə" qalib gələcəyi təqdirdə...

Bu gün Azərbaycan Basketbol Liqasının çempionu bəlli ola bilər.

“İki sahil” xəbər verir ki, "Gəncə" və "Sabah" komandaları final seriyasının dördüncü qarşılaşmasında üz-üzə gələcəklər. “Sərhədçi” İdman Mərkəzindəki oyun saat 19:30-da başlayacaq.

Hazırda "Sabah" 2:1 hesabı ilə öndədir. Paytaxt təmsilçisi qələbə qazanacağı təqdirdə çempion olacaq. "Gəncə" qalib gələcəyi təqdirdə beşinci matç gerçəkləşəcək.

Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.