26 may 2023 10:23
266

İyunun 6-dan şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq

6 iyun saat 18:00-dan 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq.

Bu barədə "İki sahil"ə Elm və Təhsil Nazirliyindən xəbər verilib. Növbəti tədris ili üçün şagird yerdəyişmə sisteminin aktiv ediləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.