14 mart 2016 22:02
383

Flora Kərimova: "İlhamə halallıq istədi, vermədim"

"Birinci inanmadım, ikinci tutuldum, üçüncü sevinmədim. Hamımız o yolu getməliyik. Ölüm heç bir dünyasını dəyişən insanın yaşadığı həyatını bəzəməyib". 

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Flora Kərimova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. O, illərdir küsülü olduğu həmkarı İlhamə Quliyeva ilə bağlı danışıb:

"Bilmirəm niyə bu məsələdə məni hədəf seçiblər. Sənətinin yarısı, bəlkə də, bütövlüyü ilə biz küsülü idik. Hələ o dünyasını dəyişməmişdən əvvəl məndən halallıq istədi, vermədim. Neçə dəfə studiyalarda barışmaq istədi, razılaşmadım".

Qeyd edək ki, İ.Quliyeva fevralın 25-də dünyasını dəyişib.