Çex Respublikası Parlamentinin Deputatlar Palatasının nümayəndə heyəti martın 14-də İçərişəhərlə tanış olub.
İçərişəhərdə gəzinti Qız qalası ilə tanışlıqdan başlayıb. Qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri, burada konservasiya işlərindən sonra yaradılan muzey ekspozisiyası barədə məlumat verilib.
Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da nümayəndə heyətində böyük maraq doğurub.
Elektromobillə gəzinti zamanı qonaqlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.
Kiçik Qala küçəsi ilə gəzinti zamanı nümayəndə heyəti isti təndir çörəyinə qonaq edilib.
Qonaqlar orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə də tanış olublar. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
İçərişəhər qonaqlarda zəngin təəssürat yaradıb.
Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub