27 may 2023 14:36
430

Azərbaycan Türkiyəyə neft tədarükünü artırıb

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyəyə neft tədarükü nəzərəçarpan artım nümayiş etdirib.

"İki sahil" bu barədə cümə günü Türkiyənin "BOTAŞ" şirkətinə istinadən xəbər verir. Məlumata görə, 2023-cü ilin yanvar-aprel ayları ərzində neft nəqli ötən ilin analoji dövründəki 69,713 milyon barellə müqayisədə 74,140 milyon barelə çatıb. Bu illik 6,35 faiz artımdan xəbər verir və əlavə olaraq 4,427 milyon barelə ekvivalentdir.

Aylıq hesablamada BTC boru kəməri ilə Türkiyəyə neft nəqlinin ən yüksək həcmi mart ayında qeydə alınıb və 19,762 milyon barel olub. Ən aşağı göstərici isə 15,882 milyon barelin tədarük olunduğu fevral ayında müşahidə olunub. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.

BTC Ko.-nun səhmdarları aşağıdakı kimidir: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%).