27 may 2023 14:42
1216

“Azəriqaz” ötən 4 ayı ərzində 113 kilometr yeni qaz xətti çəkib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) cari ilin ötən 4 ayı ərzində 113 kilometr yeni qaz xətti çəkib.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, bəhs olunan dövr ərzində 90 kilometr uzunluğunda müxtəlif diametrli boru xətləri də əsaslı şəkildə təmir olunub. Şöbədən onu da vurğulayıblar ki, vətəndaşlar mülkiyyət növündən asılı olmayaraq, iyulun 1-dək tüstü bacalarını təmizləməlidirlər.