29 may 2023 01:00
370

Ərdoğan Ankarada zəfər nitqi ilə çıxış edir - CANLI

Növbəti dəfə Prezident seçilən Rəcəb Tayyib Ərdoğan hazırda qələbə çıxışı edir.

“İki sahil” xəbər verir ki, Türkiyənin 13-cü Prezidenti seçilən Ərdoğan Ankarada meydana toplaşan minlərlə seçicisinə təşəkkür edib.

“Millətimizin hər iradəsi kimi bu nəticənin də başımızın üstündə yeri var. Qalib yalnız biz deyilik. Qazanan Türkiyə, qazanan bizim demokratiyadır. Bu gün heç kim itirmədi, 85 milyonun hamısı qazandı. İndi milli məqsədlərimiz və milli arzularımız ətrafında birləşmək və inteqrasiya etmək vaxtıdır”,-deyə Rəcəb Tayyib Ərdoğan bildirib.