29 may 2023 11:12
316

Emin Mahmudov "Neftçi"də 50-ci qolunu vurub

Azərbaycan millisinin kapitanı Emin Mahmudov “Neftçi”də 50-ci qolunu vurub.

“İki sahil” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün son turunda gerçəkləşib.

31 yaşlı yarımmüdafiəçi “Sabah”la qarşılaşmada komandasına qələbə qazandıran topun müəllifi olub – 1:0.

Mahmudov 2017/2018 mövsümündən geyindiyi ağ-qara forma ilə 50-ci dəfə fərqlənib.

O, bu qollardan 38-nə Premyer Liqada imza atıb. Təcrübəli oyunçu ölkə kubokunda 4, avrokuboklarda 8 dəfə rəqib qapısına yol tapıb.

Yarımmüdafiəçi “Neftçi”nin heyətində 50 və daha çox qol vuran 17-ci futbolçudur. 1937-ci ildə yaranan klubun 86 illik tarixində ona qədər 16 oyunçu bunu bacarıb.