30 may 2023 12:15
463

Aygün Kazımova “gəlincik” oldu - FOTO

Xalq artisti Aygün Kazımova yenə obyektiv qarşısına keçərək fotosessiya etdirib. 

“İki sahil” xəbər verir ki, Pop diva bu dəfə tamamilə fərqli obraz yaradıb. O, “gəlincik” obrazını canlandırıb. Bunun üçün müğənni xüsusi hazırlanan, fərqli pariklərdən və aksessuarlardan istifadə edib. 

A.Kazımova sözügedən çəkiliş üçün Türkiyəyə üz tutub. İdeya müəllifi dizayner Rüfat İsmayıldır. 
Pop divanın obrazları üzərində Berker Kuşku çalışıb.

Fotoların müəllifi Erman İstahlıdir. İlk dəfə bu formada şəkillər çəkdirən ifaçının makiyajı Andrea Şeehana həvalə edilib.