15 mart 2016 21:09
443

"Toppuş bacı" ana olacaq?

"Toppuş bacı" kimi tanınan aktrisa Tünzalə Əliyevadan xəbər var.

"İki sahil" Atv.az-a istinadən bildirir ki, aktrisanın ana olmağa hazırlaşdığı barədə məlumat yayılıb. Onun özü isə xəbərə belə münasibət bildirib.

"Şəxsi həyatımın müzakirə olunmağını sevmirəm. Ana olmaq haqqında məlumata gəldikdə isə, həyat yoldaşım bu haqda danışmağıma icazə vermir.

Olmayanlara qismət, ana olmağa hazırlaşan xanımlara isə sağ-salamat körpələrini dünyaya gətirməsini arzulayıram".