31 may 2023 17:24
332

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“İki sahil” xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident!

İcazə verin, Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi təbrik edim.

Sizə cansağlığı və xoşbəxtlik, xalqınıza isə sülh və firavanlıq arzulayıram".