31 may 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə SOCAR ilə bp arasında qarşılıqlı səmərəli əməkdaşlıqdan, strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib.
Görüş çərçivəsində mövcud və perspektivdə nəzərdə tutulan neft-qaz layihələri üzrə əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib, bərpaolunan enerji layihələrinə, insan kapitalı sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinə və qaşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Bakı Ali Neft Məktəbinin 30 tələbə və məzunu 2025-ci ildə bp-dən iş təklifi alıb